3 Dekabr 2025 / 10:53

Təhsil Tələbə Krediti Fondu BANM-də infosessiya keçirib – FOTOLAR

Təhsil Tələbə Krediti Fondu (TTKF) Bakı Ali Neft Məktəbində (BANM) ödənişli əsaslarla təhsil alan tələbələr üçün maarifləndirici infosessiya keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə  BANM-in rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
O vurğulayıb ki, tədbirdə təhsil tələbə kreditlərinə müraciət şərtləri, geri ödəniş prinsipləri haqqında məlumat verilib.
“TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun imkanları, fəaliyyət istiqamətləri və tələbələrə təqdim etdiyi dəstək mexanizmləri barədə geniş məlumat verib. Fondun Təhsil müəssisələri ilə iş şöbəsinin mütəxəssisi Kifayət Lələzadə isə təhsil tələbə kreditlərinə müraciət şərtləri, geri ödəniş prinsipləri haqqında təqdimat edib.
Görüş interaktiv formatda təşkil edilib, tələbələrin sualları cavablandırılıb”, – deyə rektor qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!