Bakı Ali Neft Məktəbinin komandası “Fibonacci” intellektual-əyləncəli oyununda qalib olub.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
O qeyd edib ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Qarabağ Universitetində keçirilən “GiNius 86.600 – Fibonacci intellektual-əyləncəli oyunu”nun final mərhələsində Bakı Ali Neft Məktəbinin komandaları I və III yerlərə layiq görülüb:
“ I yer – “Uptech” komandası;
III yer – “Royal Flash” komandası.
“Uptech” komandasının üzvləri:
*Yusif Hüseynzadə – Proseslərin avtomatlaşdırılması mühəndisliyi -V kurs
*Həsən Abbaslı – Proseslərin avtomatlaşdırılması mühəndisliyi, V kurs
* Cavid Nəzərov – İnformasiya təhlükəsizliyi, III kurs
* Asif Qasımzadə – Biznesin idarə edilməsi, III kurs
* Xaqani Zeynallı – İnformasiya təhlükəsizliyi, IV kurs
“Royal Flash” komandasının üzvləri:
* Xasay Dadaşzadə – Biznesin idarə edilməsi, II kurs
* Qurban Quliyev – Biznesin idarə edilməsi, magistratura, I kurs
* Üsyan Rzalı – Proseslərin avtomatlaşdırılması mühəndisliyi, V kurs
* İbrahim Ramazanzadə – Kompüter mühəndisliyi, III kurs.
Komandalarımızı təbrik edirik!”.
JASMİN