Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyada yaşayan ukraynalılar ölkələrindəki mülki şəxslərin təxliyəsi üçün Türkiyədən kömək istəyiblər.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Türkiyənin Berlindəki səfirliyi qarşısına toplaşan 200-dən çox ukraynalı türkcə “Türkiyə Mariupolu xilas et” şüarını səsləndirərək, Rusiyanın uzun müddətdir mühasirədə saxladığı bu şəhərdə qalan əsgər və mülki şəxslər üçün prezident Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.
Nümayişçilərdən Eva Yakubovska qeyd edib ki, ən yaxşı variant Türkiyənin Mariupol şəhərində qapalı vəziyyətdə qalan əsgər və mülki əhalini dəniz yolu ilə təxliyyə etməsidir. Türkiyə güclü ölkədir və təhlükəsizliyi təmin etməklə təxliyəyə nail ola bilər.