Rusiya tərəfindən ilhaq edilən Krım administrasiyasının özünü rəhbəri elan edən Sergey Aksyonov Ukrayna ordusunun Krım körpüsünə daha bir hücum təşkil etdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Aksyonov bu barədə sosial media hesabında açıqlama verib.
Ukrayna ordusunun Krım körpüsünə daha bir hücum təşkil etdiyini qeyd edən Aksyonov bildirib ki, “Bütün müvafiq bölmələr öz mövqelərindədir. Zərərin dərəcəsinin qiymətləndirilməsi aparılır”.
Bu həftənin əvvəlində Ukrayna ordusunun Krım körpüsünə hücum etdiyi və körpünün zədələndiyi bildirilib.
Rusiya İstintaq Komitəsi hadisəni “terror hücumu” kimi qiymətləndirib və araşdırmaya başlayıb.
Rusiyanın Baş nazirinin müavini Marat Xusnullin körpüdəki vəziyyət barədə prezident Vladimir Putinə məlumat verib.
Ukrayna ordusu 2022 və 2023-cü illərdə də hücumlar həyata keçirib.
2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krımı Rusiya ərazisinə birləşdirən “Kerç körpüsü” kimi də tanınan körpü strateji əhəmiyyətə malikdir.
ELBAR







