Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Dekabr 2025 / 13:39

Kəbədə foto və video çəkiliş etmək qadağan olundu

Səudiyyə Ərəbistanı hakimiyyəti Kəbədə foto və video çəkilişini rəsmi olaraq qadağan edib.

Rəsmi açıqlamalara görə, məqsəd müqəddəs məkanın selfi və turist fəaliyyətləri üçün bir yerə çevrilməsinin qarşısını almaqdır.

Hökumət zəvvarların həm məxfiliyini , həm də ibadətin mənəvi atmosferini qorumaq üçün Məscidül-Həramın, o cümlədən Kəbə ətrafındakı ərazinin içərisində foto və video çəkilişini rəsmi olaraq qadağan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli mətbuata istinadən kz 24.kg məlumat yayıb.

Bu qərar artıq Həcc və Ümrə mövsümü üçün qüvvədədir — mobil telefonlar, kameralar və videokameralarla çəkiliş qadağandır.

Rəsmi açıqlamalara görə, məqsəd müqəddəs məkanın selfi və turist fəaliyyətləri üçün bir yerə çevrilməsinin qarşısını almaq və möminlərin namaza və ibadətə diqqət yetirməsinə imkan verməkdir.

Ziyarətçilərə qadağanı pozduqları təqdirdə cihazlarının müsadirə edilməsinə və müqəddəs yerlərdə müəyyən edilmiş təhlükəsizlik qaydalarına uyğun olaraq sanksiyalara səbəb ola biləcəyi xatırladılıb.

***

Qeyd edək ki, bu il  dünyada Həcc ziyarətinə gedənlərin 1 milyon 673 min 230 nəfərə çatıb. Məlumata görə bu rəqəm pandemiya dövründən sonra son 30 ilin ən aşağı göstəricisidir.  “Assoşieyted Press”in məlumatına görə, son 30 ildə rekord göstərici 2012-ci ildə qeydə alınıb: 3 milyon 160 min zəvvar.  Agentlik yazır ki, bəzi müsəlmanların Həcc ziyarətində iştirakına, çox güman, dünyada inflyasiyanın, iqtisadi böhranın güclənməsi mane olub, həmçinin havanın həddən artıq isti keçməsi də, əcnəbilərin viza almasının çətinləşməsi də bura daxildir.

Azərbaycan zəvvarlarının Həcc ziyarətinin bir nəfər üçün paket xərci isə hazırda 5 950 ABŞ dolları təşkil edir.

Belə ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün  bu qiyməti müəyyən edib.

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün təxminən 1200-1300 yer ayrılmışdı.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!