Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İslandiya 2026-cı ildə Vyanada keçiriləcək “Eurovision-2026” mahnı müsabiqəsinə İsrailin iştirak hüququna etiraz olaraq təmsilçi göndərməyəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Avstriyanın “Der Standard” qəzeti yayıb.
Beləliklə, İslandiya bu səbəbdən müsabiqədən geri çəkilən Avropa Yayım İttifaqının beşinci üzvü olacaq. Daha əvvəl Niderland, İspaniya, Sloveniya və İrlandiya da eyni mövqelərini açıqlamışdılar.
Məlumata görə, müsabiqənin 70-ci yubileyi 2026-cı ildə Vyanada keçiriləcək. İsrailin Qəzza zolağındakı hərəkətləri səbəbindən bir neçə ölkə tədbiri boykot edir.
Qeyd edək ki, Vyana 1967 və 2015-ci illərdən sonra bu beynəlxalq musiqi müsabiqəsinə üçüncü dəfə ev sahibliyi edəcək.