Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Məlumata görə, hadisə rayonun “Dörd Yol” adlanan ərazisində qeydə alınıb.
Rayonun Posanlı kənd sakini, 1981-ci il təvəllüdlü Abbasov Qurban Vəli oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. 41 yaşlı kişinin hansı şəraitdə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.