21 May 2022 / 05:31

XAÇMAZDA AVTOMOBİL AĞACA ÇARPILIB, YARALANAN VAR

Xaçmaz rayonunda avtomobil ağaca çarpılıb, yaralanan var.

Bu barədə Tezadlar.aza Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə rayonun Xudat şəhərində “Opel” markalı minik avtomobilinin ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!