14 Dekabr 2025 / 20:34

Boşanacağını deyən Səidə boşandı və iş yerində də yollarını ayırdı

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanıb.

Tezadlar.az  xəbər verir ki, bu haqda Səidə məlumat yayıb.

“Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən getdim. Məni 10 illik ailəmi, 15 illik peşə yolumu tərk etməyə məcbur edənlərin nəzərinə: bundan sonra məni heç nə ilə qısnaya, psixoloji təzyiq altına ala, susdurmağa cəhd göstərə bilməyəcəksiniz. Başıma gələn hər şeyi açıq və aydın şəkildə yazacağam. Heç nəyi gizlətmədən. Bütün təfərrüatı ilə”,- deyə o, qeyd edib.

Qeyd edək ki, rejissor teatrda yaşanan bir çox qalmaqala görə həyat yoldaşından ayrılacağını və “boşanıram ki, onu rahat buraxsınlar” açıqlamasını vermişdi.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!