15 Dekabr 2025 / 12:17

“SOCAR Midstream Gas Operations” şirkətinin nümayəndə heyəti BANM-da olub -fotolar

“SOCAR Midstream Gas Operations” şirkətinin icraçı direktoru Polad Rüstəmovun rəhbərliyi ilə şirkətin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
Tezadlar.az  xəbər verir ki, bu haqda  BANM-nin rektoru Elmar Qaslmov özü məlumat yayıb.
“Görüş zamanı “SOCAR Midstream Gas Operations” şirkəti ilə BANM arasında əməkdaşlıq imkanları və perspektiv istiqamətlər müzakirə olunub. Xüsusilə tələbələrin şirkətdə istehsalat təcrübəsi keçməsi, eləcə də BANM məzunlarının gələcəkdə şirkətdə işlə təmin olunması məsələləri diqqət mərkəzində olub. Bununla yanaşı, yaşıl enerji sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb”, – deyə o qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!