Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskvanın Tverskoy Məhkəməsi Baş Prokurorluğun tələbi ilə “Pussy Riot” pank qrupunu ekstremist təşkilat elan edib.
Tezadlar.az bildirir ki, bu barədə REN TV müxbiri məhkəmə zalından məlumat verib.
Dinləmə qapalı qapılar arxasında keçirilib.
Xatırladaq ki, 15 sentyabrda Basmannı Rayon Məhkəməsi “Pussy Riot” qrupunun beş üzvünü Rusiya Silahlı Qüvvələri (RF) haqqında bilərəkdən yalan məlumat yaydıqlarına görə qiyabi olaraq 8 ildən 13 ilə qədər həbs cəzasına məhkum edib.
Mariya Alyoxina ümumi rejimli cəza koloniyasında 13 il, Taso Pletner ümumi rejimli cəza koloniyasında 11 il, Olqa Borisov, Diana Burkot və Alina Petrova isə ümumi rejimli cəza koloniyasında 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Əvvəllər “Pussy Riot” üzvü Pyotr Verzilovun terrorçu və ekstremist siyahısına əlavə edildiyi bildirilirdi.
E.ŞİRİNOV