15 Dekabr 2025 / 13:38

AB Ermənistana seçkilərdən əvvəl “xarici müdaxilə” ilə mübarizədə “kömək edəcək” – Kallas

AB xarici işlər naziri Kaja Kallas söz verib ki, AB Moldovada olduğu kimi, Ermənistana “seçkilərdə xarici müdaxilə ilə mübarizədə” “kömək edəcək”.

Tezadlar.az bildirir ki, o, bu açıqlamanı AB xarici işlər nazirlərinin planlaşdırılan görüşünə gedərkən verib.

“Ermənistanda seçkilər yaxınlaşır. Biz Ermənistana Moldovada etdiyimiz kimi zərərli xarici müdaxilə ilə mübarizədə kömək edəcəyik”, – deyə o, Ermənistan xarici işlər nazirinin Brüsselə səfərini şərh edərkən bildirib.

Bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan AB xarici işlər nazirləri ilə məsləhətləşmələr aparmaq üçün Brüsselə gəlib. Əvvəllər Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bildirib ki, onun rəhbərliyinin məqsədi Ermənistanın AB-yə daxil olma prosesinə başlamaqdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!