Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xına mərasimlərinin aparıcısı Nazilə Səfərli təşkil etdiyi xınaların qiymətini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Rəngarəng” verilişində qonaq olan Səfərli bir xına məclsinin 55 min manata başa gəldiyini deyib:
“Buradan mənə qalan məbləğ 3500 manatdır. 4 min çəkiliş heyəti alır, mənə nə? 3200 manat ansmbla verilir. İki Xalq artistinin hərəsinə 10 min ödənilir. Mənə də hər zaman iki Xalq artisti salınır. Rəqs qrupu da gəlir, hərəsi 100 manat alır. 20 rəqqas olur. Dekor var 2, dekor var 22, dekor da var 50 mindir. Oriental, dicey var. Dicey 500-1000 arasıdır. Oriental rəqqasə də 500-1000 manat arasıdır. Davul-zurna dəstəsi olur. Hər aləti ifa edən 100 manat alır. Dəstədə 4-5 nəfər olur”.