23 May 2022 / 16:24

BİNA ÇÖKÜB, 6 NƏFƏR ÖLÜB, 29 NƏFƏR YARALANIB

İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Məlumata görə, indiyədək 29 nəfərin yaralandığı təsdiqlənib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.

Axtarışlar davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!