Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Vüqar Əhməd deyəndə ən yüksək mənəvi keyfiyyətlərə, heyrətamiz elmi fəhmə, fövqəladə biliyə, olduqca zəngin təxəyyülə malik bir şəxsiyyət göz önünə gəlir.
Orta məktəbi əla qiymətlərlə, Azərbaycan Dövlət Pedoqoji Universitetini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə Pedoqoji Universitetin aspiranturasını, 1992-ci ildə filologiya elmləri namizədi, 2005-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsini alıb. 40-dan çox kitabları cürbəcür nəşriyyatlarda, hətta xarici ölkələrdə nəşr edilib. Onlarla elmi-tədqiqat əsərlərinin, eyni zamanda 4 romanın, bir neçə dram əsərinin, onlarla hekayənin, 10 dənə şeir kitabının müəlifidir. Dəfələrlə Asiya və Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib. “Azad Azərbaycan” teleradio şirkəti Bədii Şurasının üzvü olmuşdur. 2021-ci ildən Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu, “Turan” Elmlər Akademiyasının akademiki və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilmiş, “Türk dünyasına xidmət” beynəlxalq qızıl ulduz ordeni ilə təltif olunmuşdur. Vüqar Əhməd bu ordenə Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini daha da istiləşdirmək, gücləndirməkdən ötrü qələmə aldığı onlarla “Doğmalıq lövhələri”nə görə layiq görülmüşdür. 2021-ci ildə Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib 2022-ci ildə Dünya Söz Akademiyasının fəxri üzvü seçilib. 2022-ci ildə “Turan”ın xalq şairi” fəxri adı verilib. 2022-ci il iyun ayında Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib. Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Rusiya-Dərbənd Ədiblər Birliyinin “Muğam” assosiasiyasının üzvüdür. Bunlardan əlavə Vüqar Əhməd bir neçə ildir Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professrdur.
Bu da çox fərəhləndiricidir ki, Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib və bununla bağlı “Turan” Beynəlxalq Yazıçılar Cəmiyyətinin sədri, akademiyanın prezidenti Heydərbəy Bababəyov Vüqar Əhmədə belə bir təbrik məktubu göndərib: “Türk dünyasının sevilən şairi bu uca fəxri ada Türk ədəbiyyatının, o cümlədən, öz xalqının milli ədəbiyyatının, poeziyasının inkişafındakı böyük xidmətlərinə görə layiq görülür. Təbrik edirik – Turanın xalq şairi!!”
Vüqar Əhməd maarifçi-publisist və jurnalistdir. Onun Azərbaycan mətbuatında, eyni zamanda xarici ölkələrdə zaman-zaman yüzlərlə elmi məqalələri dərc edilib. Bütün bunlardan başqa Vüqar Əhməd haqqında bir neçə qabaqcıl ziyalı monoqrafiyalar, oçerklər, məqalələr qələmə alıb, onun bir adamın ömrünə sığmayan geniş əhatəli yaradıcılığını təhlil və tədqiq ediblər.
Göründüyü kimi Vüqar Əhmədin istər bir ədəbiyyatşünas alim, istər yazıçı-dramaturq, istər qüdrətli bir şair, istər maarifçi-publisist, əstərsə də jurnalist kimi yaradıcılıı həddindən artıq çoxşaxəlidir. Çünki hələ orta məktəbdə oxuyandan kiçik həcmli şeirlər vhə bəşəri problemləri özündə əks etdirən hekayələr yazıb. Bu da danılmaz bir həqiqətdir ki, tay-tuşuna qoşulub oynamadan, necə deyərlər gecəsini-gündüzünə qatan yeniyetmə dərs əlaçısı olduğu halda onu narahat edən fikirləri ən yüksək bədii şəkildə kağız üzərinə köçürdüb, bununla da təxəyyülünün inanılmaz zənginliyini hər kəsə bəyan edib. Fəqət Vüqar Əhməd nədən yazır-yazsın, nədən bəhs edir etsin onun ali məqsədi ilk növbədə vətəndir. Onun bədii yaradıcılıının, əsasən də şeirlərinin ana xətti vətənə bağlanır. Vüqar Əhməd hələ orta məktəbdə oxuyandan bu yana, yəni 62 yaşına qədər yalnız vətəni üçün çalışıb, hətta yatanda da “Vətən” deyib. Vətəninin ağır günlərində, 20 yanvar müsibəti zamanı, Xocalı faciəsində və başqa ağrı-acılarında xalqı ilə bir yerdə olub. Xalqı ilə birlikdə göz yaşı töküb, məşəqqətləri, zillətləri xalqı ilə bir yerdə çəkib. Qəlbinin kədərini, qəmini göz yaşları içərisində poetik lövhələrlə qələmə alıb. Bu zaman onun tək özü, ürəyi deyil, qələmi də ağlayıb. Qarabağ işğal olandan sonra həmişəkindən daha çox qələmə sarılıb, Qarabağ acısını, Qarabağ dərdiini ən kövrək bədii ifadələrlə əks edib:
Qarabağım yenə mənim olaydı,
Düşmənlərim cəhənnəmdə yanaydı.
Vətən məni ona oğul sanaydı,
Şükr edərəm mən buna da, bəsimdi.
Qarabağla bağlı başqa bir şerində Vüqar Əhməd iztirabını bu şəkildə bəyan edir:
Həsrət qalıb ağlar gözüm üzünə,
Nəğmə qoşdum bayatına, sözünə.
Əlim çatmır əsir Cıdır düzünə,
Nəmli yanaq, cənnət məkan Qarabağ.
Ünsiyyətdə olduğu insanların üzünə daim gülüb, heç vaxt nəy görəsə qaşqabağını tökməyib. Lakin kimsə bilməyib ki, bu vətənini, torpağını, xalqını canından artıq sevən insanın qəlbi qan ağlayır. Amma nə yaxşı ki, qəlbinin aynasına çevrilən misralar onun nə qədər həssas ürəkli bir vətənpərvər olduğunu bir rəssam tablosu kimi əks etdirir:
Kədərimi bir kimsəylə bölmədim,
Arzuları mən heç kimə demədim.
Şükr edirəm dərd əlindən ölmədim,
Mən ürəkdən ağlasam da, sevgilim,
Amma neçin bir ürəkdən gülmədim.
Vüqar Əhmədin nəinki bir məqaləyə, bəlkə yüz kitaba sımayan yaradıcılığı haqqında gecə-gündüz yazmaq olar. Onun ürəklərə nüfuz edən, su çiləyən 700-dən çox şeirinə nəğmələr bəstələnib və bu nəğmələri Azərbaycanın ən məhşur müğənniləri ifa ediblər. Bir neçə mahnısı uzun illərdir müğənnilərin repertuarından düşmür və xalqın dilinin əzbəridir. Vüqar Əhmədin pərəstişkarı həm Ana Vətənimizdə, həm də vətəndən kənarda həddindən artıq çoxdur. O, qürətli bir alim kimi vətəndən uzaqlarda belə nüfuz qazanıb və yuxarıda qeyd olunduğu kimi bir çox dövlətin Elmlər Akademiyasının həqiqi üzvüdür. Dəfələrlə elmi konfranslara dəvət alıb. Adı dünyanın ən tanınmış alimləri ilə birlikdə çəkilib. Bütün bunlardan əlavə Vüqar Əhməd olduqca xeyirxah insandır. İmkanı daxiində dara düşən, ehtiyacı olan insanlara maddi-mənəvi yardım edib, işsizləri işə düzəldib, yıxılanı ayağa qalxızıb. Özü də heç vaxt bu barədə kimsəyə deməyib. Lakin əfsuslar olsun ki, bu işıqlı insana paxıllıq edənlər, ayağından çəkənlər də mövcuddur. Eybi yoxdur, atalar yaxşı deyib ki, “Bar verən ağaca daş atan çox olar”. İnarırıq ki, Vüqar Əhməd hələ də illərlə elmi fəhmi, fitri istedadı ilə yenə istər elmi, istər bədii xəzinəmizə qiyməti heç bir şeylə ölçülməyən tövhələr verəcək. Vətənsatan xainlər isə onun gün-gündən daha da ucaldığını görüncə, qurdları onları öz içərilərindən yeyəcək…
Mövsüm Mahmudoğlu,
Yazıçı-dramaturq