Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 May 2026 / 22:30

Müstəqillik Gününə həsr olunmuş “Hindistan və Azərbaycan arasında mədəni körpülər” adlı sərgi keçirildi

May ayının 24-də 28 May Müstəqillik Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu “Hindistan və Azərbaycan arasında mədəni körpülər” adlı sərgi Maaya restoranında EVENTO Şirkətlər Qrupunun və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə təşkil olundu.
Tezadlar.az  xəbər verir ki, sərgidə ümumilikdə 200 rəssam, media nümayəndələri, fəxri qonaqlar iştirak edirdilər.
Sərgidə fəxri qonaq olaraq millət vəkili Razi Nurullayev, qızı Nuray Nurullayeva, Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar və digər səfirlik əməkdaşıları iştirak edirdilər .
Tədbirin açılış mərasimində Azərbaycan və Hindistanın dövlət himnləri səsləndirildi.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qeyd edib ki, bu möhtəşəm tədbir iki ölkənin zəngin mədəniyyətini, incəsənətini və ortaq dəyərlərini dünyaya tanıtmaq məqsədi daşıyır:

Azərbaycan və Hindistan qədim sivilizasiyaların beşiyi olmuş, zəngin irsə sahib ölkələrdir. Musiqidə, rəqsdə, ədəbiyyatda və memarlıqda ortaq məqamlar bu gün də xalqlarımızı bir-birinə yaxınlaşdırır. Azərbaycanın muğamı ilə Hindistanın raga musiqisi, xalçaçılıq sənətimizlə Hindistanın ipək və toxuculuq ənənələri, həmçinin poeziyada dərin fəlsəfi düşüncələr hər iki mədəniyyətin bir-birini tamamladığını göstərir. Bu sərgi də məhz bu ortaq dəyərlərin bir körpü kimi xalqlarımızı birləşdirdiyini sübut edir”.

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar çıxışında iki xalq arasında minilliklər boyu davam edən əlaqələrin, tarixi Atəşgah məbədində və Azərbaycanda hind filmlərinin, musiqisinin, mətbəxinin və yoqanın getdikcə artan populyarlığında əks olunan zəngin mədəni və mənəvi mübadilələr vasitəsilə daha da gücləndiyini vurğulayıb.

Millət vəkili Razi Nurullayev sərginin iki ölkə arasında münasibətlərə gözəl tövhə olduğunu qeyd etdi. O bu sərginin yalnız sənət əsərlərinin nümayişi deyil, həm də iki qədim və zəngin mədəniyyətin bir-birinə hörmətinin, dostluğunun və qarşılıqlı anlaşmasının təntənəsi olduğunu vurğuladı.

EVENTA Şirkətinin Rəhbəri Surjana Çhandra çıxışı zamanı bildirdi ki;
Bu gün burada Azərbaycan və Hindistan arasında mədəniyyət körpüsünü bir daha möhkəmləndirmək üçün toplaşmışıq. Bu sərgi sadəcə sənət əsərlərinin nümayişi deyil, həm də iki qədim sivilizasiyanın ruhunu bir araya gətirən bir bayramdır. Azərbaycan və Hindistan arasında mədəni əlaqələr sadəcə tarixi fakt deyil, həm də gələcəyə yönəlmiş bir ümid işığıdır.

Açılışdan sonra qonaqlar sərgidə nümayiş olunan əsrarəngiz əsərlərlə tanış oldular. Sərgidə Azərbaycan və Hindistan musiqiləri və rəqsləri ifa olundu.
Hindistan mətbəxinin ləziz təamları qonaqlara təqdim olundu.

Sonda sərgi iştirakçılarına sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi.

 

AYGÜN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!