Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2026 / 21:32

Badamdar Hotel and Residencesdə “Star Kids Group”un təşkilatçılığı ilə ilin ən parlaq uşaq moda layihələrindən biri hesab olunan “Azerbaijan Kids Best Model 2026” müsabiqəsi keçirilib

“Badamdar Hotel and Residences”də “Star Kids Group”un təşkilatçılığı ilə ilin ən parlaq və ən dəbli uşaq fashion layihələrindən biri olan “Azerbaijan Kids Best Model 2026” keçirilib. Tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Həmin axşam tədbirin keçirildiyi məkan əsl moda və yaradıcılıq mərkəzinə çevrilib. Balaca iştirakçılar özlərini peşəkar model kimi hiss edib, qonaqlar isə böyük podium şousunun ab-havasına qərq olublar.

Tezadlar.az xəbər verir ki, müsabiqədə 4-14 yaş arası 76 uşaq iştirak edib. Onlardan 44-ü qız, 32-si isə oğlan olub. İştirakçılar maraqlı obrazlar, inamlı podium keçidləri və səhnə xarizması nümayiş etdiriblər. Gənc modellər yalnız gözəllik və üslub deyil, həmçinin aktyorluq, özünəinam və fərdilik nümayiş etdiriblər.

Axşama xüsusi rəng qatan məqamlar sırasında dizayner kolleksiyaları, musiqili proqram, həmçinin mədəniyyət, təhsil və fashion sənayesinin nümayəndələrinin, ictimaiyyət və dövlət qurumlarının təmsilçilərinin iştirakı olub.

“Star Kids Group”un direktoru Aygün Əliyevanın sözlərinə görə, layihə istedadlı uşaqlara dəstək olmaq və onların yaradıcılıq potensialını üzə çıxarmaq məqsədilə yaradılıb.

“Əsas məqsədimiz uşaqlara özlərinə inanmaq, bacarıqlarını üzə çıxarmaq və moda ilə incəsənət dünyasında ilk addımlarını atmaq imkanı yaratmaqdır. İstəyirik ki, Azərbaycanın istedadlı uşaqları təkcə ölkə daxilində deyil, beynəlxalq platformalarda da ölkəmizi layiqincə təmsil etsinlər. Bizim üçün onlar üçün ilham, yaradıcılıq və özünəinam mühiti yaratmaq çox vacibdir”, – deyə Aygün Əliyeva bildirib.

“Azerbaijan Kids Best Model” yalnız gözəllik və ya podium müsabiqəsi deyil, uşaqlarda səhnə mədəniyyəti, ünsiyyət bacarıqları və stil hissini inkişaf etdirən böyük yaradıcılıq platformasıdır. Müsabiqənin yekununda müxtəlif yaş kateqoriyaları və nominasiyalar üzrə qaliblər müəyyən olunub, iştirakçılar diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
İştirakçıların çıxışlarını incəsənət və fashion sahəsinin tanınmış nümayəndələri qiymətləndiriblər: Əməkdar İncəsənət xadimi, rəssam modelyer-dizayner Fəxriyyə Xələfova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva, İlahə For Art-ın təsisçi rəhbəri İlahə Əliyeva, Əməkdar artistlər Ruhəngiz Allahverdiyeva və Almaz Ələsgərova, müğənni Abdül Xalid, aktyor və aparıcı Şəhriyar Əbilov, Master Cut Academy-nin rəhbəri Sərxan Həsənov və Azerbaijan Kids Best Model 2025 yarışmasının qalibi Leyla Məmmədova.

“Azerbaijan Kids Best Model” bir daha sübut etdi ki, Azərbaycanda müasir uşaq fashion sənayesi sürətlə inkişaf edir, yeni adları üzə çıxarır və parlaq, istedadlı, ambisiyalı uşaqlar üçün böyük imkanlar yaradır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!