BANM-in Kimya mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi Nihat Mehdiyev “İsbatlarla Riyaziyyat” adlı kitab yazıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru sosia media hesabında məlumat verib.
“Nihat Mehdiyev 678 balla BANM-ə qəbul olub. Onun müəllifi olduğu kitab ali məktəbə hazırlaşan abituriyentlər üçün çox əhəmiyyətli mənbədir.
Qeyd edək ki, Nihat həm də 4 dəfə kimya fənni üzrə Respublika Fənn Olimpiadası finalçısı olub. O, ODTÜ və 19 Mayıs Universitetlərindən tam bursla qəbul almasına baxmayaraq, uşaqlıqdan arzuladığı BANM-i seçib”, – deyə qeyd edib.
Sonda rektor tələbəsi ilə fəxr etdiyini və ona uğurlar arzuladığını bildirib.
JASMİN