Kiyev Donetsk Xalq Respublikasının (DXR) Ukrayna Silahlı Qüvvələrinin (USQ) nəzarətində olan hissəsində təxliyə zonasını genişləndirib.
Tezadlar.az bildirir ki, Svyatoqorsk Şəhər Hərbi Administrasiyası bu barədə Facebook-da məlumat verib.
“Svyatoqorsk icmasının müəyyən yaşayış məntəqələrindən uşaqlı ailələrin məcburi təxliyəsi elan edilib”, – yerli hakimiyyət orqanları açıqlamada bildirib.
Məlumatda insanların Svyatoqorskdan, eləcə də Boqorodiçnoye, Tatyanovka, Dolina, Krasnopolye, Mazanovka, Mayaki, Sidorovka və Prişib kəndlərindən təxliyə ediləcəyi bildirilir.
Svyatoqorsk şəhəri DXR-in şimalında, respublikanın Ukrayna ordusu tərəfindən nəzarət edilən hissəsində yerləşir. 2022-ci ilin əvvəlinə olan məlumata görə, bu yaşayış məntəqəsinin əhalisi təxminən 4200 nəfər olub.
E.ŞİRİNOV







