17 Dekabr 2025 / 10:26

Ağdaşdan olan müharibə veteranının dilənmə həddində olduğu çağırışına reaksiya var

Sosial şəbəkələrdə Vətən Müharibəsinin döyüşçüsü olan Vüqar Hüseynov adlı şəxsin görüntüləri yayılmışdır. Tezadlar.az xatırladır ki, o, dolana bilmədiyini və küçədə corab satmaq adı ilə vətəndaşlardan pul alması və s. kimi hərəkətləri ilə diqqəti çəkməkdədir.
Sabiq deputat Çingiz Qənizadə bu məsələyə aydınlıq gətirib. O, sosial media hesabında yazır: “…Elə indicə Agdaş rayonundan məlumat aldım. Bu oglan Hüseynov Vüqar İlqar ogludur. Agdaş şəh. Vaqif küş.- 125 unvanında yaşayır. Rayonun Vaqıf kücəsində 1000 nəfərə yaxın qaracılar yaşayır. Vüqar da qaraçıdır… Vətən müharbəsində iştirak etmiş, yaralanmış, lakin əlillik təyin olunmamışdır. Aylıq 80 man muavinat alır (belə hesab edirəm ki, muharibə iştirakçıları üçün 80 man azdır. Artırılmalıdır). Vuqara RİH tərəfindən 1350 man. yardım edilib. Sonuncu dəfə anası Agayeva Səbinə xanıma 150 manat, əlavə olarar Yaşat Fondu tərəfindən ailəyə 2500 manat da yardım edilmişdir. Vüqarın özünü əlil kimi təqdim etməsi yalandır. Mən də çox təsirlənmişdim.Kömək etmək istəmişdim. Amma təəssuf edirəm ki, qazi adından sui-istifadə edənlər də var”.
Bəli, kim olur-olsun, müharibədə iştirak edib, yaralanıb… Şəhid də ola bilərdi… Belələrinə kömək edilməlidir, iş yeri olmalıdır…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!