Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü vəAzərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə klinikmüayinələr zamanı insan alveri qurbanlarının erkən aşkarlanması mexanizmləri müzakirə olunub
17 dekabr 2025-ci il tarixində Bakı şəhərində İnsan Alverinə Qarşı Mübarizəüzrə QHT Koalisiyasının təşəbbüsü və Azərbaycan Respublikasının SəhiyyəNazirliyinin təşkilatçılığı ilə “Klinik müayinələr zamanı insan alveri qurbanlarınınerkən aşkarlanması mexanizmləri” mövzusunda maraqlı tərəflərin iştirakı ilə görüşkeçirilib. Tədbir Azərbaycan səhiyyə sahəsində beynəlxalq proqramlar üzrə ÖlkəƏlaqələndirmə Komissiyası tərəfindən təşkil olunub. İnsan Alverinə Qarşı Mübarizəüzrə QHT Koalisiyasından tezadkar.az- a verilən məlumata görə, görüşdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, Elmi-Tədqiqat AğciyərXəstəlikləri İnstitutunun, Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin, Sosial Xidmətlər Agentliyi nəzdində İnsanAlveri Qurbanlarına Yardım Mərkəzinin, Dövlət Miqrasiya Xidmətinin, eləcə dədigər aidiyyəti dövlət qurumlarının nümayəndələri, səhiyyə və sosial sahə üzrəmütəxəssislər, vətəndaş cəmiyyəti institutları və digər maraqlı tərəflər iştirakediblər.

Tədbirin əsas məqsədi İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü ilə klinik müayinələr zamanı insan alveri qurbanlarınınaşkarlanması üzrə diaqnostika və istiqamətləndirmə modelinin müzakirəsi, qurbanların müəyyən edilməsində yeni yanaşmaların formalaşdırılması, həmçininbu sahədə fəaliyyət göstərən qurumların mövcud problemlərə dair baxış bucağınıngenişləndirilməsi olub. Eyni zamanda, İİV/QİÇS-lə mübarizə sahəsində mövcudepidemioloji vəziyyətin qiymətləndirilməsi, səhiyyə və hüquq-mühafizə qurumlarıarasında institusional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təcrübələrinmüzakirəsi tədbirin əsas istiqamətləri sırasında yer alıb.
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova çıxış edərək klinik müayinələr zamanı insan alveri qurbanlarının erkənaşkarlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, səhiyyəmüəssisələrində çalışan tibb işçiləri insan alveri qurbanları ilə ilkin təmas nöqtəsikimi mühüm rol oynayır və bu prosesdə düzgün diaqnostik yanaşmaların tətbiqi, davranış və sağlamlıqla bağlı risk göstəricilərinin tanınması olduqca vacibdir.
Çıxışda həmçinin qeyd olunub ki, insan alveri qurbanları çox zaman fizikivə psixoloji travmalarla səhiyyə müəssisələrinə müraciət etdiklərindən, tibbpersonalının müvafiq bilik və bacarıqlarla təmin edilməsi, qurbanlarıntəhlükəsizliyinin və məxfiliyinin qorunması, eləcə də onlara qarşı həssas vətravmaya yönümlü yanaşmanın tətbiqi böyük əhəmiyyət kəsb edir. Mehriban Zeynalova Koalisiyanın təşəbbüsü ilə qurbanların aidiyyəti dövlət qurumlarına, sosial və hüquqi dəstək xidmətlərinə operativ və düzgün istiqamətləndirilməsimexanizmlərini təqdim edib, səhiyyə sektoru, hüquq-mühafizə orqanları vəvətəndaş cəmiyyəti institutları arasında koordinasiyanın gücləndirilməsininvacibliyini vurğulayıb.
Daha sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müaviniGünəş Cəfərova İİV/QİÇS-lə mübarizə sahəsində görülmüş işlər, profilaktiktədbirlər və ölkədə mövcud epidemioloji vəziyyət barədə təqdimatla çıxış edib. Təqdimatda erkən diaqnostikanın əhəmiyyəti, müalicəyə çıxış imkanlarınıngenişləndirilməsi və risk qrupları ilə aparılan məqsədyönlü fəaliyyətlər xüsusiolaraq qeyd olunub.
Tədbirdə həmçinin Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizəüzrə Baş İdarəsinin əməkdaşı Emin Əsədov insan alveri qurbanlarınınaşkarlanması sahəsində mövcud yeni tendensiyalar və çağırışlar barədə məlumatverib, sahələrarası əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş interaktiv müzakirə və sual-cavab formatında davam edib. İştirakçılarİnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsləriningenişləndirilməsinin, praktik mexanizmlərin təkmilləşdirilməsinin və davamlıəməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonda qeyd olunub ki, İİV/QİÇS və insan alverinə qarşı mübarizə yalnızinstitusional tədbirlərlə məhdudlaşmamalı, bu sahədə mövzunun davamlı şəkildəaktuallaşdırılması və sistemli əməkdaşlıq dövlət qurumları, vətəndaş cəmiyyətiinstitutları və beynəlxalq tərəfdaşlar arasında sıx koordinasiya əsasında həyatakeçirilməlidir. Bu baxımdan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
JASMİN