19 Dekabr 2025 / 16:45

NƏĞMƏKAR YUSİFDİR YUSİF NƏGMƏKAR!

İki gün əvvəl Bakı şəhərində vokal sənətinin bənzərsiz ifaçısı, dünya şöhrətli sənətkar, aktyor, müğənni, sənət fədaisi jRəşid Behbudovun yaratdığı Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan ədəbiyyatı tarixində, poeziyasında öz dəst – xətti olan, əslən Beyləqan rayonunun Birinci Aşıqlı kəndindən olan, Beyləqanın adının özünə qaytarılmasında ( keçmiş adı Jdanov) xüsusi xidmətləri olan, yurd canlı, vətəncanlı, iyirmidən (20) çox şeir kitablarının müəllifi, tanınmış şair Yusif Nəgməkarın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi.
İlk öncə Azərbaycanın Dövlət Himni səsləndi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu..Məclisin aparıcısı şair özü və tanınmış bədii qiraət ustası Müşfiqə xanım Baləddinqızı Baxşıyeva idi..
Mahnı Teatrının tamaşa zalını nurlanduran insanların çöhrəsindən bu axşamın gözəl keçəcək əhval ruhiyyəsi canlanırdı..Məclisdə elm sahəsinin müxtəlif təbəqələrinin ziyalıları, müəllimlər, akademiklər, iş adamları, şairin iş yoldaşları, tələbə yoldaşları, şairlər, şeir sevərlər, yaxın və doğma insanlar, geniş ictimaiyyət numayəndələri iştirak edirdi..
Bir az öncə haylı, küylü salonu səhnənin divarından asılmış lövhədə şair haqqında çəkilmis qısametrajlı filmin səsi kəsdi..salona toplaşanlar şairin ömür- gün yolundan bəhs edən məlumatları diqqətlə, həyəcanla izlədilər..bu verilişin başlanmasına bir təkan oldu…
Yubilyar haqqında giriş söz ədəbi mühitdə yetərincə tanınan tənqidçi – ədəbiyyatşünas, çağdaş Azərbaycan ədəbi tənqidin korifeyi, AYB – nin xarici ölkələr üzrə tərcümə mərkəzinin rəhbəri Əsəd Cahangirə verildi. O şair Yusif Nəğməkar haqqında tamaşaçılara müfəssəl məlumatlar verdi..Daha sonra çıxış şair, dramaturq, AYB katibi İlqar Fəhmiyə unvanlandı.. O da şair haqqında öz ürək sözlərini soylədi..
Akademik Nizami Cəfərov öz samballı çıxışıyla şairin keçdiyi poeziya yollarına işıq saldı. Çıxıslar davam etdikcə şairin omür yolu səhifələnirdi..bu dəfə sözü Dədə Ələsgər adına İctimai Birliyin sədri Xətai Ələsgərli davam etdirdi..
Görüşə şairin iş yoldaşları adından Ağahüseyn Qədirov, tələbə yoldaşları adından Zakir Əmişov, BDU – nin nəzdində fəaliyyət göstərən humanitar kollecin tələbələri əllərində çiçək dəstəsiylə gəlmişdilər..hər biri özuylə bir qucaq sevgi, məhəbbət gətirmişdilər…
Məclisin davamı olaraq şair haqqında filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzər ož çıxışında şairin söz dünyasından danısdı..Sonra söz bir gün əvvəl elə bu sarayda 75 yaşı qeyd olunan Tibb Elmləri Doktoru, professor İbadulla Ağayevə verildi.Dost sözü ürəyə söykəy olur deyirlər, professorun şair haqqında dəyərli fikirləri məclisə ovqat gətirdi.
Söz olan yerdə musiqi də olur. Bu yerdə Respublikanın xalq artistləri Niyaməddin Musayev və Gülyanaq Məmmədovanın çıxısları hər kəsin qəlbində sevinc yaratdı, bir – birindən gözəl, lirik, ruhuoxşar mahnılar, musiqilər salonu bəzədi, ruha axdı..
Sanki sözlə, musiqi yarışması gedirdi..Bu dəfə sözü Tibb Elmləri doktoru, professor Fatimə xanım Hacıyevaya ünvanladılar.Fatimə xanım şair Yusif Nəğməkarın poeziyamızda tutduğu vəzifəsindən mövqeyindən danısaraq yubilyarı 70 yaşı munasibətilə təbrik etdi. Uzaq yolu qət edib gələn Beyləqan elindən, AYB Beyləqan bölməsinin sədri Fazil Əsəd və şair Rövşən Qarabudaq zamanın məhdudluğu ucbatından gətirdikləri hədiyyələri təqdim edərək yola çıxmağa tələsdilər..Mən də (Əzizə Ağahüseynqızı)bu fürsəti qaçırmadım, şairi təbrik üçun Beyləqanlıların ardınca səhnəyə qalxdım, aldığım hədiyyəni təqdim etdim və söz haqqında yazdığım şeirimlə şairi təbrik etdim..Çıxışların davamı olaraq Respublikanın əməkdar artisti, Şuşa Dövlət Dram Teatrının rejissoru, şair Nazir Rüstəmov, şair İlham Qazaxlı,
4 cu sinif şagirdi Kamilə Ağasoy “Azərbaycan şəhidləri”, bədii qiraətci Ayna Məmmədova ” Kişiler aldatır göz yaşlarına”, bədii qiraətçi Anar Atakişinin ” Təsəlli deyil” adlı Yusif Nəğməkarın şeirləriylə kövrək məqamlar yaşatdılar. Şairə, söz vurğunu Aybəniz İsmayılova isə Yusif Nəğməkar ruhuna, yaradıcılığına, təbiətinə, insanlığina həsr etdiyi şeirini oxudu..Onun şeiri alqıslarla qarşılandı..
Rəssam qardaşımız Nəvai Mətin şairin portretini xüsusi bir gözəlliklə yaratmışdı..Rəsm əsəri tamaşaçıların alqışlarıyla səhnəyə gətirildi..Çıxış edənlər sırasında şair İmran Güllübulaqlının məzmunlu nitqi da tamaşaçilar tərəfindən alqıslandı.
Müğənni Təhmuraz Şirinov şairin sözlərinə bəstələnmiş “Anamın laylası” mahnısı, Gülyanaq Məmmədovanın “Fədai şəhidlər” mahnısını məharətlə ifa edərək dinləyiciləri göz yaşlarında boğdular…
Bir- birinin ardınca səsləndirilən mahnılar şairin nəgməkar şair olduğunu bir daha təsdiqlədi. Müğənnilərdən Yusif Mustafayevin, Tacir Şahmalıoğlunun çıxışları da alqıslarla qarşılandı..Gənc müğənnilərdən Günel Məhəmmədlinin “Allah şahiddir”, Rəşad İdrisoğlunun, Zeynal Əhmədovun, aşıq Dərya Mərdanzadənin ifa etdikləri mahnı və saz havası da məclisin ruhuna köklənmişdi…
Musiqi, söz ardicıllığında fikrimi çəkən, tamaşaçıları və eləcə də məni kövrəldən məqamlar oldu.Təhmuraz Şirinovun şairin şeirinə bəstələnmiş “Anamın laylası” mahnısını və filoloq Tamella Osmanovanın əzbərdən söylədiyi “Anamdan yadigar oxlov” adlı şeiri məni eləcə də dinləyiciləri uşaqlıq çağlarımıza, analı illərimizə apardı..Sanki şeir bir kəndin əhval ruhiyyəsini, bir ana saçında bişən yuxanı, ocağı özüylə bərabər səhnəyə gətirmişdi…Yusif Nəğməkar şeirinin , poeziyasının gücü elə bunda idi..onu da qeyd edim ki, Yusif Nəğməkar fərqli bir şair kimi öz yaradıcilığında poeziyanı, şeiri musiqi ilə birləşdirib gözəl bir sintez yaratmağı bacarır .Onun sinə kamanı skripkada və sazda caldığı havalar özünəməxsusdur..Dinləyəndə qeyri adiliyini duyursan, amma şair təvazokarlıq edərək musiqini özünə xobbi hesab edir, onun əsas, ilk növbədə yaradıcılığı şeirdir, poeziyadır.Tədbirində oxunan mahnıların hər birinin sözləri Yusif Nəğməkara məxsus idi..
…Sonda söz şairə verildi..O dərin, fəlsəfi düşuncəli şeirləriylə tamaşaçıların ruhunu oxşadı, könüllərinə su səpdi..
Bəli bir gorüs də arxada qaldı..Sevincli, qayğılı, ömrün payızına, qarşıdakı qışına boylanan bir görüş də beləcə sonlandı.. Şair düşuncələri, şair duyğularıyla isinən bir görüş..bu görüş son deyildi..hələ 2025 çi ilin yay aylarında AYB – nin Natavan klubunda keçirilən yubiley tədbirinin rəsmi hissəsi, davamı olaraq Azərin şadlıq sarayında keçirildi.. Şairin doğulduğu Beyləqan rayon mərkəzi mədəniyyət evində keçirilən tədbiri də böyuk təntənə ilə tamamlanmışdı..Bu görüs də dekabr ayına, ilin son günlərinə düşdü..Bir hesabat xarakterli görüşün həm şair üçun, həm də onu tanıyan və əsərlərini oxuyanlar üçün bir məqam oldu…Sizə bundan belə yaşayacağınız ömürdə yeni – yeni uğurlar arzulayır, bundan sonra da böyük coşqu və həvəslə poeziya yollarında irəliləməyinizi diləyirəm…Yusif Nəğməkar adınız hər zaman ömrünüzə uğur, bərəkət gətirsin dəyərli şair.. Adınız, imzanız, şeirləriniz poeziya tarixində söz ömrü yaşasın..Sizə can sağlığı arzusuyla mən…
Əzizə Ağahüseynqızı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!