Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Dekabr 2025 / 10:56

Paşinyan Ermənistan və AİB haqqında danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bildirib.

Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu açıqlamanı Sankt-Peterburqda keçirilən Avrasiya Şurasında verib.

Paşinyan Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında həmkarlarına müraciət edib.

“İcazə verin, bir daha Ermənistan Respublikasının regionumuzda iqtisadi sabitlik və davamlı inkişaf naminə AİB çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu təsdiqləyim”, – deyə Ermənistanın Baş naziri bildirib.

Şura iclası hazırda Sankt-Peterburqda keçirilir. İştirakçılar AİB-in fəaliyyətini və gələcək inteqrasiyasını müzakirə etməyi planlaşdırırlar. Bir sıra əhəmiyyətli sənədlər və qərarlar təsdiqlənəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!