Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Dekabr 2025 / 20:46

Putin–Paşinyan görüşü Sankt-Peterburqda baş tutdu

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda ikitərəfli görüş keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa səfəri çərçivəsində baş tutub.

Rusiya və Ermənistan liderlərinin əvvəlki görüşü sentyabrın 26-da Moskvada keçirilib. Paşinyan həmin tarixdə Qlobal Atom Forumunda iştirak etmək üçün Moskvada olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!