23 Dekabr 2025 / 19:47

Məsud Pezeşkiandan Prezident İlham Əliyevə ad günü zəngi

Bu gün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.Məsud Pezeşkian ölkəmizə səfərlərini və dövlətimizin başçısı ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb.

Telefon söhbəti zamanı 2026-ci ildə təmaslar və Azərbaycan-İran dostluq əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!