25 Dekabr 2025 / 20:48

Səfir: Azərbaycan–Efiopiya ticarətində böyük potensial var

Azərbaycandan sənaye maşınları, neft məhsulları və kənd təsərrüfatı texnologiyaları idxal etmək üçün güclü potensial mövcuddur.

Bunu Tezadlar.az-ın Türkiyə bürosuna müsahibəsində iqamətgahı Ankara yerləşən Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmud deyib.

O qeyd edib ki, Efiopiya isə, öz növbəsində, qəhvə, süd məhsulları, küncüt, ədviyyat və digər kənd təsərrüfatı məhsulları kimi yüksək keyfiyyətli məhsullar təklif edir:

“Bu sahələr artıq Azərbaycan tərəfi ilə müzakirə olunub və iqtisadi mübadilənin genişləndirilməsində açıq qarşılıqlı maraqla dəstəklənir”.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!