Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Dekabr 2025 / 08:36

Putin Trampla nələri müzakirə edib?- MƏZMUN AÇILIR

Ötən gün Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya lideri Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla bildirir ki, tərəflər ukraynalılar və avropalıların irəli sürdüyü sülh planlarının münaqişəni uzatması ilə bağlı ortaq fikirlərini vurğulayıblar. Məlum olur ki, ABŞ Prezidenti Rusiyanın prinsipial əhəmiyyətə dair arqumentlərini diqqətlə dinləyib və bundan sonra iki lider arasında Alyaskada keçirilən görüşdə əldə olunan razılaşmalara arxalanacağını təsdiqləyib. Sitat: “Tramp israrla Rusiya ilə Ukrayna arasında münaqişəyə ən qısa zamanda son qoyulmalı olduğu fikrini ortaya ataraq, Ukrayna böhranının onun üçün ən çətinə çevrildiyini etiraf edib. Amerika lideri əlavə edib ki, o, Rusiyanın siyasi və diplomatik nizamlanma istəyinə əmindir və bu əsasda (Ukrayna prezidenti Volodimir) Zelenski ilə danışıqlar aparmağı planlaşdırır”, – “İzvestiya” Uşakovdan sitat gətirib.

Bundan başqa, qəzet qeyd edir ki, Rusiya və ABŞ arasında işçi qruplar təhlükəsizlik və iqtisadiyyat sahələrində işini davam etdirəcək. Tramp Ukraynada müharibənin bitəcəyi təqdirdə ABŞ-Rusiya iqtisadi əməkdaşlığının təsirli perspektivlərini açıqlayıb. Rusiya prezidentinin köməkçisi bu gün axşam Ukrayna tərəfi ilə görüşdən sonra Putin və Tramp bir-birləri ilə telefonla yenidən dərhal danışmağa razılaşıblar.

Bəs atəşkəs nə vaxt olacaq? Hələki bu suala cavab yoxdur…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!