Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Dekabr 2025 / 18:07

İranda valyuta böhranı fonunda kütləvi etiraz aksiyaları keçirilir

İranda milli valyutanın dəyərdən düşməsi və inflyasiyanın artması fonunda etiraz aksiyaları keçirilir. Etirazlara tələbələr də qoşulub. Tezadlar.az xəbər verir ki, yerli medianın məlumatına görə, Tehranın dörd universitetində yüzlərlə tələbə etiraz aksiyası keçirib. Məlumata əsasən, etirazlar əvvəlcə Tehranda mağaza sahiblərinin tətilə başlaması ilə başlayıb. Buna səbəb İran rialının ABŞ dollarına nisbətdə rekord səviyyədə ucuzlaşması olub. Qısa müddət ərzində etiraz aksiyaları ölkənin digər şəhərlərinə də yayılıb. Hüquq-mühafizə orqanları nümayişçiləri dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib. Genişmiqyaslı etirazlar fonunda İran prezidenti Məsud Pezeşkian sosial şəbəkədə paylaşım edərək bildirib ki, etirazçıların legitim tələblərinin müzakirəsi üçün daxili işlər nazirinə danışıqların təşkil olunması tapşırılıb. Prezident qeyd edib ki, hökumətin gündəmində pul və bank sistemində əsaslı islahatların aparılması və əhalinin alıcılıq qabiliyyətinin qorunması dayanır. Məlumata əsasən, İran rialı son həftələrdə ABŞ və Qərb müttəfiqlərinin sanksiyaları və diplomatik təzyiqləri səbəbindən sürətlə ucuzlaşıb və bazar günü etirazlar başlayanda bir ABŞ dolları təxminən 1,42 milyon rial səviyyəsində olub. Bir il əvvəl bu rəqəm 820.000 rial təşkil edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!