Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə zərbə endirib. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Prezident Nikolas Maduronun ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzaladığı bildirilir. Məlumata görə, ABŞ raketlərindən biri Karakasdakı sursat anbarına düşüb.
Bir qədər əvvəl prezident Nikolas Maduro Çinin xüsusi nümayəndəsi ilə görüşüb. Prezident sarayına gedən yollar bağlanıb. Kolumbiya prezidenti Qustavo Petro Venesuelaya hücumla bağlı BMT-nin və Amerika Dövlətləri Təşkilatının təcili iclaslarının çağırılmasını istəyib. Vaşinqton xüsusi əməliyyat barədə hələlik rəsmi açıqlama verməyib. ABŞ Ordusunun nümayəndəsi də ABŞ-ın hücumunu şərh etməyib.
Hazırda Maduronun həbsinə hazırlıq gedir… Onu Səddamın və Qəddafinin gününə salmaq nəzərdə tutulub…