Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Yanvar 2026 / 17:16

Finlandiya prezidenti Venesuela ilə bağlı bəyanat yayıb

Finlandiya prezidenti Aleksandr Stubb Venesueladakı vəziyyətlə bağlı bəyanat yayıb

Sosial media platformasında verdiyi açıqlamada o, bütün dövlətlər üçün beynəlxalq hüquqa riayət etməyin fundamental əhəmiyyətini vurğulayaraq, bunu “Finlandiya xarici siyasətinin təməl daşı” adlandırıb.

Tezadlar.az bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.

Eyni zamanda, Stubb Venesueladakı siyasi vəziyyəti tənqid edib. O, prezident Nikolas Maduro rejimini qeyri-legitim və 2024-cü il seçkilərini saxta hesab etdiyini bildirib. O, demokratik idarəetməyə keçidi dəstəkləməyin indi vacib olduğuna inanır.

Bu bəyanat ABŞ prezidenti Donald Trampın Venesuelada hərbi əməliyyat elan etməsi və Maduro ilə həyat yoldaşının həbs olunması barədə 3 yanvar hadisələrindən sonra verilib. Paytaxt Karakasda partlayışlar və əməliyyatın gedişatı barədə məlumatlar bir neçə beynəlxalq media orqanında dərc olunub.

Daha əvvəl mediada ABŞ prezidenti Donald Trampın administrasiyasının lideri Nikolas Maduronun həbsindən sonra Venesuelanı idarə etmək planı üzərində işlədiyi bildirilirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!