Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Norveç xarici işlər naziri Espen Bart Eide ABŞ-ın Venesueladakı hərəkətlərinin beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, mövqeyini sosial media platformasında bildirib.
O, beynəlxalq hüququn universal və bütün dövlətlər üçün məcburi olduğunu yazıb. Eidenin sözlərinə görə, “ABŞ-ın Venesueladakı əməliyyatı beynəlxalq hüquqa uyğun deyil”. O, həmçinin ölkədə demokratik idarəetməyə dinc keçidə çağırıb.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp 3 yanvarda hərbi əməliyyat elan etmişdi və onun iddiasına görə, bu əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı həbs olunub. Media orqanları Karakasda partlayışlar barədə məlumat yayıb.
Maduronun hazırkı yeri Venesuela hakimiyyəti tərəfindən rəsmi olaraq təsdiqlənməyib və onlar onun sağ qaldığını sübut edən sənədlər tələb ediblər. ABŞ-da administrasiyanın hərəkətləri qarışıq reaksiya doğurub: Konqresin bir neçə üzvü əməliyyatı qanunsuz adlandırıb, rəsmilər isə Maduronun məhkəməsinə hazırlıqların aparıldığını bildiriblər.
Venesuela BMT də daxil olmaqla beynəlxalq təşkilatlara müraciət etmək niyyətindədir. Rusiya Xarici İşlər Nazirliyi Venesuela ilə həmrəyliyini ifadə edib, ABŞ-ın hərəkətlərini pisləyib və Maduro və həyat yoldaşının azad edilməsinə, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırıb.
E.ŞİRİNOV