Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kənan Zeynalov qanunsuz hərəkətlərinə görə məhkəmə qərarı ilə 1200 manat cərimələnsə də, Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarını icra etməkdən hələki imtina edir, amma…
(Əvvəli ötən yazıda)
Beləliklə, güman etmək olardı ki, Kənan Zeynalov onu cəzalandıran məhkəmə qararlarından sonra sakitləşəsək… Əsla, o, sakitləşmək bilmir. Göründüyü kimi, K. Zeynalovun “Az Estetik” MMC barədə sosial şəbəkələrdə yaydığı video-çarxların məhkəmədə şər və böhtan olduğu tamamilə sübut olunub. Eyni zamanda, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarı ilə həmin video-çarxların silinməsi və onun yerində K.Zeynalovun video-format şəklində təkzib verməsi tələb edilib. Bütün bunlara baxmayaraq, K.Zeynalov məhkəmə qərarına hörmətsizlik edərək, öz qanunsuz əməllərini dayandırmadığı üçün növbəti məhkəmənin qurbanı olub. Gəlin, həmin məhkəmənin də qərarlarından bəzi məqamlara diqqət yetirək.
***
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.05.2025-ci ildə hakim Səadət Səlimovanın sədirliyi ilə keçən iclasından bəzi məaqmlara diqqət edək: Bu məhkəmə aktında iddiaçı “Az Estetik” MMC-nin hüquqşünası Quluzadə Əli Azad oğlu, cavabdeh isə Zeynalov Kənan Famil oğludur. Burada söhbət Əli Quluzadənin K.Zeynalov tərəfindən şərəf və ləyaqətinin təhqir olunması və mənəvi zərərin ödənilməsindən gedir. Sitat: «İddiaçı Quluzadə Əli Azad oğlunun, onun nümayəndəsi (vəkili) Haqverdiyev Ceyhun Ehtiram oğlunun, Cavabdeh Zeynalov Kənan Famil oğlunun iştirakı ilə məsələyə baxılmışdır. İddiaçı Quluzadə Əli Azad oğlunun cavabdeh Zeynalov Kənan Famil oğluna qarşı “iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlara görə üzr istənilməsi və həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” saytının səhifəsindən silinməsi öhdəliyinin cavabdeh Zeynalov Kənan Famil oğlunun üzərinə qoyulması və mənəvi zərərə görə 6666 (altı min altı yüz altmış altı) manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması tələbini etmişdir. İddiaçı Quluzadə Əli Azad oğlu 21.09.2024-cü il tarixdə cavabdeh Zeynalov Kənan Famil oğluna pretenziya göndərərək “İnstagram” sosial şəbəkəsində “Patrul.az” adlı səhifədə 2 iyun 2024-cü il tarixində “Az Estetik Group” MMC barəsində paylaşılan videonun altına onun (iddiaçının) şərəf və ləyaqətini müxtəlif formada təhqiq edən nalayiq ifadələrə görə ondan həmin ifadələrin yazıldığı “İnstagram” səhifəsi və öz şəxsi “İnstagram” səhifəsi vasitəsi ilə üzr istənilməsi və həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqirli ifadələrin “Patrul.az” səhifəsindən xəbərdarlığı aldığı tarixdən 3 gün müddətində silinməsi və mənəvi ziyana görə 6666 manat ödənilməsini təklif etmiş, əks təqdirdə bu və əlavə ziyan və xərclərin məhkəmə vasitəsi ilə tələb olunacağını bildirmişdir. Belə ki, cavabdeh Kənan Zeynalov öz instagram səhifəsində: “Sen kimi ne ile iddiham edirsen ae caqqal? Sağda solda ulayirsan bas qosmuram sene. Babanın adını yazanda balaca heriflerle yazarsan menim yox. Calis basından boyuk poxlar yemeyesen, 38 ölculu ayağımı sene yeriderem. Bilirsen deyirem ve edirem!” kimi şəxsiyyəti aşağılayan təhqiredici ifadələr səsləndirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Quluzadə Əli Azad oğlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir”.
Lakin cavabdeh tərəf buna məhəl qoymamışdır… Və sonda məhkəmə belə qətnamə qəbul etmişdir: “Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Quluzadə Əli Azad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli 2(004)-5128/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Zeynalov Kənan Famil oğluna “Sen kimi ne ile iddiham edirsen ay caqqal? Sagda solda ulayırsan baş qoşmuram sene. Babanin adini yazanda balaca heriflerlə yazarsan menim yox. Calis başindan boyuk poxlar yemeyesen, 38 olculu ayağimi sene yeriderem. Bilirsen deyerem ve edirem!” ifadələrinin yazdığı “İnstagram” səhifəsində və öz şəxsi “İnstagram” səhifəsində iddiaçı Quluzadə Əli Azad oğlundan üzr istəməsi, həmin ifadələri təkzib etməsi, bu ifadələri “Patrul.az” səhifəsindən silməsi vəzifəsi həvalə edilsin.
Cavabdeh Zeynalov Kənan Famil oğlundan mənəvi ziyana görə 500 manat, dövlət rüsumuna görə 86,66 manat olmaqla cəmi 586,66 manat iddiaçı Quluzadə Əli Azad oğlunun xeyrinə tutulsun”.
K.Zeynalovun “Az Estetik” MMC Croupun hüquqşünası Əli Quluzadənin şərəf və ləyaqətini açıq şəkildə təhqir etməsi məhkəmə araşdırması zamanı tam sübut edildi. Ona görə də K.Zeynalov məhkəmə qərarı ilə əvvəlcə 1200 manat cərimələnib. Amma K.Zeynalov Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarına icra etməkdən boyun qaçırmaqla, indiyədək heç bir cərimə ödəməmişdir. Belə olan surətdə K.Zeynalov növbəti məhkəmə ilə üz-üzə qalıb. Məlum olduğu kimi Yasamal Rayon Məhkəməsi də K.Zeynalov tərəfindən “Az Estetik” MMC-nin hüquqlarının pozulduğunu təsdiqləmişdir. Belə ki, Baki Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.10.2025-ci ildə hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə keçirilən iclasında yenə də Kənan Zeynalovun “Az Estetik” MMC-yə qarşı qanunsuz əməlləri tam sübuta yetirilmişdir. Bu dəfə o, məhkəmə qərarının icrasından imtina etdiyi üçün yeni bir məhkəmə sanksiyası ilə üz-üzədir. Həmin məhkəmə qərarından sitat: “Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 27 avqust 2025-ci il tarixli, MN 2322457 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Zeynalov Kənan Famil oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Mahmudova Samirə Məhəmməd qızı bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-977/2024 saylı, 14.06.2024-cü il tarixli icra vərəqəsinə əsasən, iddianın qismən təmin edilməsi, cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Youtube” platformasındakı hesabında 12.04.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! Zərərçəkmiş Məmmədova Rəna” başlıqlı videoçarxın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək … alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” kimi ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Tiktok” platformasındakı hesabında 12.04.2023-cü il tarixdə paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40 000-ə xarab cihaz satıldı- Servis xidməti göstərilmədi” kimi ifadələrin (məlumatların) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok”platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Youtube” platformasındakı hesabında 18.04.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı. Zərərçəkmiş Xalima Ustayeva” başlıqlı videoçarxın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Tiktok” platformasındakı hesabında 18.04.2023-cü il tarixdə yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazı qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Youtube” platformasındakı hesabında 04.01.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi, insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız? “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir… “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”… “A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” kimi ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməsi, cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Tiktok” platformasındakı hesabında 19.04.2023 tarixdə paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələrin (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI:
“Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Zeynalov Kənan
Famil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindənəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (bir min ikiyüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin.
Hakim: Sevinc Quliyeva»
Davamı var)
Hazırladı və təqdim etdi:
Elçin MƏMMƏDLİ