8 Yanvar 2026 / 09:44

Ağ Ev: Trampın Putin və Si Cinpin ilə dürüst və açıq münasibətləri var

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin prezidenti Si Cinpin ilə çox açıq, dürüst və yaxşı münasibətlər saxlayır.

Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

“Düşünürəm ki, ABŞ prezidentinin həm Rusiya prezidenti Putin, həm də Çin prezidenti Si Cinpin ilə çox açıq, dürüst və yaxşı münasibətləri var”, – deyə o bildirib.

Livitin sözlərinə görə, bu münasibətlər davam etdiriləcək və inkişaf etdiriləcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!