Tezadlar.az ın elektron poçtuna göndərilmiş yazını mənbəyə istinadla təqdim edirik. Yazıda maraqlı tərəflərin mövqeyinə hörmətlə yanaşır və dərc etməyə hazırıq:
…Mübariz Mənsimova qarşı qarayaxma kompaniyasının arxasında Adnan Əhmədzadənin adamı Elnur Abdullayev dayanırmı? Heç sizə maraqlı olmadı ki, Adnan Əhmədzadənin həbsi haqqında ölkə mediasının yarısı niyə yazmadı? – Adnan Əhmədzadəyə bağlı olan oxu . az, report . az, baku .ws, “Haber Global”ı kimi şəbəkəni narahat edən nədir?
Öncə ondan başlayaq ki, Adnan Əhmədzadə Azərbaycanda ən böyük media şəbəkəsinin – “Global Media Group”un qeyri-rəsmi sahibidir. Bu şəbəkəyə çox sayda nüfuzlu media subyektləri daxildir. Türkiyədə fəaliyyət göstərən “Haber Global” telekanalı, report . az, baku .ws, oxu . az, media . az, Kaspi qəzeti, Baku tv, caliber . az “Global Media Group”a daxildir. Maraqlı tərəfi odur ki, neft satışı ilə məşğul olan Adnan Əhmədzadə “Global Media Group”un tərkibindəki media qurumları ilə yanaşı, kənardakı onlarla saytı da maliyyələşdirirmiş. Hansı ki, onun həbsindən sonra bu fakt tam çılpaqlığı ilə üzə çıxdı. Yəni, apardığımız araşdırma zamanı məlum oldu ki, “Global Media Group”a daxil olan media subyektləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən onlarla sayt Adnan Əhmədzadənin Bakıda həbs olunması haqda bir cümlə belə, yazmayıblar. Hətta onlar iş adamının həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açıqlanan bir neçə cümləlik rəsmi informasiyanı da dərc etməyə ehtiyac görməyiblər. Təbii ki, bu da iş adamının təkcə iqtisadi maxinasiyalar səbəbindən həbs olunmadığını, ortada siyasi səbəblərin də olduğu ehtimalını irəli sürməyə imkan verir.
“Bizim Lənkəran” bloqu







