Əsas məzmuna keç

Bu ilin 9 ayında yol qəzalarında 500 ölü, 640 yaralı!

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 75

2026-cı ilin yanvar-sentyabr aylarında 838 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında yer alıb. Məlumata görə, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz azalaraq 1140 nəfər olub. Onlardan 500 nəfər həlak olub, 640 nəfər isə yaralanıb. Hadisələrin 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yol-nəqliyyat hadisələrinin 82,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalaraq 345 nəfər, yaralananların sayı isə 16,5 faiz azalaraq 591 nəfər olub. Bütün yol-nəqliyyat hadisələrinin 42,2 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,8 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…