Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Yanvar 2026 / 22:25

Tramp NATO-ya çağırış etdi: Qrenlandiya ətrafını boşaldın

Ağ Evin sahibi Donald Tramp bəyan edib ki, yalnız ABŞ Rusiya və Çin hərbçilərini Arktikada Qrenlandiyaya bitişik akvatoriyaları tərk etməyə məcbur edə bilər.

Tezadlar.az xəbər verir ki, o bu barədə “Truth Social”da yazıb.

“NATO: Danimarkaya deyin ki, onları buradan dərhal çıxarsınlar! Bunu yalnız ABŞ edə bilər”, – paylaşımda deyilir.

O, öz paylaşımına “Just the News” informasiya portalında dərc olunan məqaləyə keçid əlavə edib. Məqalədə Danimarkanın hərbi kəşfiyyatının Rusiyanın və Çinin Qrenlandiya yaxınlığındakı akvatoriyada və Arktika bölgəsində hərbi mövcudluqlarını gücləndirməyi planlaşdıra biləcəyi barədə iddiaları yer alır.

Daha əvvəl Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi zərurətini bəyan edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!