Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Yanvar 2026 / 12:49

Tramp ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının mümkünlüyündən danışdı

Tramp həmçinin Qrenlandiyanın ABŞ-a zorla birləşdirilməsi planını təkzib etdi

Tezadlar.az xəbər verir ki, 14 yanvarda jurnalistlərlə söhbəti zamanı ABŞ prezidenti Donald Tramp Amerika ordusunun İrana qarşı istifadə edilməsi ilə bağlı suala birbaşa cavab verməkdən imtina edib.

“Biz prosesin İranda necə inkişaf etdiyini izləyəcəyik və müşahidə edəcəyik”, – deyə o bildirib.

Tramp həmçinin jurnalistin Qrenlandiyanın ABŞ-a zorla birləşdirilməsi planları ilə bağlı təklifini də təkzib edərək, bu cür ambisiyaları səhvən ona aid etdiyini vurğulayıb.

Ağ Evin vəzifəli xanımı qeyd edib ki, jurnalist ABŞ liderinin nəyi nəzərdə tutduğunu bilmir.

“Reuters” agentliyi İsrail rəsmisinə istinadən əvvəllər Donald Trampın artıq İrana hücum etmək qərarına gəldiyini, lakin “miqyası və vaxtı hələ müəyyən edilmədiyini” bildirmişdi.

İranda etirazlar 28 dekabrdan bəri davam edir. Qiymətlərin artması və milli valyutanın dəyərdən düşməsi gənclərin narazılığına səbəb olub. 27 əyalətin 92 şəhərində kütləvi mitinqlər keçirilir. 100.000-dən çox sakin iştirak edir. Reuters agentliyinin məlumatına görə, İranda kütləvi etirazlarda 500-dən çox insan həlak olub.

Buna cavab olaraq, İranın Ali Lideri Əli Xamenei 9 yanvarda gəncləri və milləti istənilən düşmənə qarşı bir olmağa çağırıb. İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ və İsraili ölkədəki iğtişaşları təşkil etməkdə günahlandırıb.

10 yanvarda Tramp davam edən etirazlar fonunda İrana “yardım” təklif etdi. Amerika prezidenti bu yardımın hansı formada olacağını dəqiqləşdirmədi. 11 yanvarda Rza Pəhləvi keçid dövründə İrana qayıtmağa və ölkəyə rəhbərlik etməyə hazır olduğunu bildirdi.

Öz növbəsində, İran prezidenti Məsud Pezeşkian ABŞ və İsraili ölkədəki kütləvi etirazlara görə günahlandırdı, çünki onlar vəziyyəti hərbi yolla poza bilmədilər. İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi xarici terrorçu qrupların Tel-Əvivin maraqlarını təmin etmək üçün Vaşinqtonu Tehranla münaqişəyə cəlb etməyə çalışdıqlarını vurğuladı.

12 yanvarda Tramp hava hücumları da daxil olmaqla, İrana qarşı hər hansı bir hərəkətə icazə verəcəyini bildirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!