Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Yanvar 2026 / 15:21

Erməni deputat Eulcekciyan Vigenin tam sağlam olduğunu və arvadı Lindanın yanına gedəcəklərini deyib

Xəbər verdiyimiz kimi, yanvarın 14-də Azərbaycan və  Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib.

Həmin 4 nəfərdən biri  –Eulcekciyan Vigen Abraham Ermənistanda “Muratsan”  hərbi xəstəxanasında müayinədən keçirilib və stasionar müalicə tələb olunmadığı üçün tamamilə sağlam hesab edilib. Vigen Euljekçyan xəstəxanadan sonra İstintaq Komitəsinə aparılıb

Tezadlar.az  xəbər verir ki, onun tam sağlam olduğu barədə məlumatı deputat Hayk Sarkisyan  jurnalistlərə verdiyi açıqlamada deyib:

“İstintaq Komitəsi müvafiq prosedurları həyata keçirməlidir. İndi onun həyat yoldaşı Lindanın olduğu yerə gedib onunla görüşəcəyik”.

Xatırladaq ki, Qarabağda döyüşmüş Livandan olan muzdlu döyüşçü olan Eulcekciyan Vigen Abraham   (Livan vətəndaşı, Beyrut sakini, 1979-cu ildə anadan olub) Şuşada əsir götürülmüş və 2023-cü ildə Azərbaycanda 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

KİV-də gedən məlumata görə, o zaman o,  birgə yaşadığı Maral Nacaryanla birlikdə saxlanılıb, lakin Nacaryan şahid kimi keçib və sonra buraxılıb.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!