Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 12:15

BBC-dən üzr istəməyi və yayımlanmış materialları geri götürməyi tələb etdilər

Bəzən belə də olur, yayımlanan məlumat doğru çıxmır, təkzib edilməsi vacibdir. Tezadlar.az xəbər verir ki, belə bir hal, necə deyərlər, BBC-nin başına gəlib. Hakim “Gürcü Arzusu” partiyası Böyük Britaniyanın BBC televiziya kanalına rəsmi şikayət göndərib. Partiya BBC-dən üzr istəməyi və yayımlanmış materialları geri götürməyi tələb edib. Bu barədə parlamentin sədri Şalva Papuaşvili məluma verib. Papuaşvilinin sözlərinə görə, şikayət BBC-nin redaksiya prinsipləri, Britaniya Rabitə Bürosunun yayım kodeksi və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsaslanır. Şikayət xüsusilə Gürcüstan hökumətinə qarşı yayımlanmış “Kamit” kimyəvi silahı ilə bağlı ittihamları hədəf alır. Parlament sədri bildirib ki, bu ittihamlar əsassız və böhtandır: “1 dekabr 2025-ci il tarixində BBC tərəfindən yayımlanan film və digər nəşrlər Gürcüstan hökumətinə qarşı ağır, zərərli və qəti ittihamlar ehtiva edir. Bu materiallar siyasət motivli kampaniyanın hissəsidir və ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır,” – deyə Papuaşvili bildirib.

Şikayət həm də BBC-nin faktların dəqiqliyi, tərəfsizlik və ədalət prinsiplərini pozduğunu qeyd edir. Partiya iddia edir ki, nəşrlərdə Gürcüstan hökumətinin mövqeyi nəzərə alınmayıb, zorakılıq və Rusiya maraqları ilə əlaqəli əsassız iddialar irəli sürülüb. Papuaşvili əlavə edib ki, əgər BBC pozuntunu öz təşəbbüsü ilə düzəltməzsə, partiya növbəti mərhələdə Britaniya Rabitə Bürosuna (Ofcom) müraciət edəcək və lazım gəldikdə Böyük Britaniya məhkəməsinə gedəcək. Partiya bütün hüquqi vasitələrdən, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququndan istifadə etməyi planlaşdırır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!