Şikayətçi: «Məlum oldu ki, müalicə həkiminin özbaşınalığından Bünyamin Xəlilovun klinika rəhbəri kimi xəbəri olmamışdır, həkim ciddi cəzalandırıldı…»
“Təzadlar” qəzeti redaksiyasına daxil olmuş şikayət tərəfimizdən araşdırıldı, problem dərhal həllini tapdı. Şikayətçi Gülnurə Həsənova bu gün redaksiyamızda oldu və probleminin həlli ilə bağlı həm qarşı tərəfə, həm də redaksiyaya minnətdarlığını ifadə etdi. Onun redaksiyaya təqdim etdiyi məktubunu olduğu kimi təqdim edirik:
«“Təzadlar” qəzeti redaksiyasına
Hörmətli redaksiya, mən-Bakı Şəhəri, Masazır qəsəbəsi, Murtuza Muxtarov küçəsi-36 ünvanda yaşayan Gülnurə Həsənova yazaraq bildirirəm ki, 24 noyabr 2025-ci ildə Xırdalan şəhərində yerləşən “Dentera Dental Clinic” klinikasına kreditlə diş müalicəsi ilə bağlı yaxınlaşdım. Onlar mənə 1930 azn məbləğində kredit ödəyəcəyimi dedilər və mən də həkimin yaxşı olduğunu düşünüb razılaşdım. Sonradan həm həkimin işi, həm də ödənilən məbləğlə bağlı aramızda narazılıq yarandı. Belə olan surətdə pulumu geri tələb etdim. Ancaq mənə pulu qaytarmaq istəmirdilər. Bu barədə İstehlakçıların Hüquqlarının Müdafiəsi İB-nin sədri hörmətli Eyyub Hüseynova və redaksiyaya yazılı surətdə şikayət etdim.
Sizə təşəkkür edirəm ki, vətəndaş müraciətinə, bir media orqanı olaraq operativ reaksiya verdiniz. Məhz sizin əməkdaşın klinikanın sahibi cənab Bünyamin Xəlilovun bu məsələyə mövqeyini öyrənmək məqsədilə etdiyi zəngdən və apardığı söhbətdən, həmçinin mənim haqqımı müdafiə etməsindən sonra problem həllini tapdı.
Sonradan mənə məlum oldu ki, həkim özbaşınalığından Bünyamin Xəlilovun bir klinika rəhbəri kimi xəbəri olmayıb. Məsələ aydın olandan sonra, cağ olsun, Bünyamin Xəlilov tərəfindən işində yol verdiyi nöqsana və mənimlə kobud rəftarına görə Şahin həkim dərhal işdən çıxarıldı. Bünyamin müəllim sonra məni şəxsən qəbul elədi və ödədiyim 1930 manat pulun mənə qaytarılması üçün göstəriş verdi. Elə həmin gün, yəni 23.11.2026-cı ildə pulum tam məbləğdə qaytarıldı. Buna görə Bünyamin müəllimə təşəkkürümü bildirdim.
Hörmətli Asif müəllim!
Bir vətəndaş olaraq rastlaşdığım problemin həllinə kömək göstərdiyiniz üçün Şəxsən Sizə və kollektivinizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Hazırda mənim “Dentera Dental Clinic” klinikasına qarşı heç bir narazılığım və şikayətim yoxdur.
Bir daha sizlərə təşəkkür edirəm!
Hörmətlə: Həsənova G.A
27.11.2026».
Sitatın sonu.
Təqdim etdi: Elçin Məmmədli







