Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 14:18

“Azərbaycan” Nəşriyyatındakı qəzetlərin aqibəti: nəşriyyat təmirə dayanır!

“Azərbaycan Nəşriyyatının doqquzmərtəbəli əsas korpusu müvəqqəti olaraq təmirə bağlanır. Təmir işləri başa çatdıqdan sonra bina yenidən nəşriyyatın istifadəsinə veriləcək. Məsələ yalnız texniki təmirlə bağlıdır, “Azərbaycan” Nəşriyyatının fəaliyyətinin dayandırılması nəzərdə tutulmur”. Tezadlar.az xatırladır ki, bu barədə APA-nın sorğusuna cavab olaraq “Azərbaycan Nəşriyyatı” MMC-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Nəşriyyatının fəaliyyətini harada davam etdirəcəyi ilə bağlı artıq qərar qəbul olunub. Belə ki, nəşriyyat inzibati binaya yaxın ərazidə yerləşən, sahəsi daha kiçik olan başqa bir binaya köçürülür. Həmçinin yeni binaya hansı redaksiyaların köçürüləcəyi ilə bağlı müzakirələrin aparıldığı diqqətə çatdırılıb. “Bu bina da bizim mülkiyyətimizdir. Təmir müddətində nəşriyyat fəaliyyətini orada davam etdirəcək. Təmirin nə qədər davam edəcəyi ilə bağlı isə hələlik dəqiq bir söz demək mümkün deyil”, – məlumatda qeyd edilib. Qeyd olunub ki, “Azərbaycan” Nəşriyyatının binasında yerləşən digər nəşrlərə əvvəlcədən məlumat verilib: “Həmin nəşriyyatların harada yerləşdirilməsi isə artıq nəşriyyat rəhbərliyinin səlahiyyətinə aid deyil. Bacardığımız qədər köməklik göstərməyə çalışırıq”.

Xatırladırıq ki, Bakıdakı Mətbuat prospekti də məhz “Azərbaycan” nəşriyyatının adına görə adlanır və bura media tariximizin bir parçasıdır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!