Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 17:31

“Əvvəllər xınayaxdıda kişilər olmazdı, indi atalar, qardaşlar qızın xınasına baxır” – Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan toyun ortasında xınayaxdı edənləri tənqid atəşinə tutub.

Tezadlar.az  xəbər verir ki, bəstəkar- müğənni  bu haqda “Xəzər axşamı” verilişində deyib. O, bildirib ki, kişilərin xına məclisində yer alması düzgün deyil:

“Toyun ortasında yarım saat xına yaxırlar. Biz də oxuyub getməliyik. əvvəllər xınayaxdıda kişilər olmazdı. İndi isə atalar, qardaşlar oturur, qızı gətirilər, qız ağlayır… Adət-ənənəni qarışdırıblar. Kişilər oturur ki, xına nə vaxt bitəcək?”.

***

Elza xanıma haqq verməmək olmur. Xınayaxdı qadın məclisidir və əvvəllər kişilərin iştirakı yolverilməz idi. Lakin məsələyə toy sahiblərinin baxış bucağından yanaşsaq, onda da onlar haqlıdır. Məsələn, ayrıca xınayaxdını təşkil etmək nə qədər xərc tələb edir: Gəlinin geyimi, saç-makiyaj pulu, xüsusi bəzədilmiş avtomobil, hər iki ailənini geyimi, bahalı xonçalar, hətta xınayaxdıya dəvət ediləcək qonaqların toyqabağı iki dəfə xərcə düşməsi  (geyim, bəzək-düzək), pul hədiyyəsi və ən əsası, bu günlərdə xınayaxdı aparıcısı Nazilə Səfərli xına məclislərinin 55 min manata başa gəldiyini açıqlamışdı.

Təsəvvür edin, bu qiymət əhalinin neçə faizi üçün keçərlidir? Əksəriyyətinin toyu güc-bəla etdiyi bir zamanda yaşayırıq. Bəziləri gəlinə qızıl, normal geyim belə alıb apara bilmir… Toydan sonra illərlə borc, kredit ödəyənlər var. İndi bu adamlar ayrıca xınayaxdı məclisini necə təşkil etsin? Amma o da var ki, əvvəllər xınayaxdı (ayrıca dəbdəbəli xınayaxdı toyu çox az hallarda təşkil olunardı ) qızın bir neçə rəfiqəsi, ailə üzvləri ilə yola verilirdisə, indi bəziləri mütləq toyda da olsa, ona xına gətirilməsini tələb edir. Hansı ki, adət-ənənəmizə uyğun deyil. Və bu göstəriş xarakterli dəbdəbələr, əlavə xərclər  olmasa belə xoşbəxt olmaq olar. Lakin hamı eyni dünyagörüşə malikdirmi?… Çox təəssüf…

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!