Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-nin Tennessi ştatındakı kollecin basketbol komandasının üzvü, 20 yaşlı Andre Bell avtomobildə güllələnərək öldürülüb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Fox” telekanalı məlumat yayıb.
Andre Bell iki dostu ilə birlikdə avtomagistralla hərəkət edirmiş. Naməlum şəraitdə başından güllə yarası alan idmançı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Baş məşqçi Ceremaya Kratçer bildirib ki, Andre Bell rəhbərlik etdiyi komandanın aparıcı oyunçularından biri olub.