Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün NATO üzvü olan 8 ölkə ABŞ Prezidenti Donald Trampın tarif tətbiqi ilə bağlı təhdidlərinə qarşı birgə bəyanat yayıb. Tezadlar.az xəbər verir ki, bəyanatda bildirilir ki, bu qərar transatlantik münasibətləri sarsıdır. Bəyanatı hazırlayan ölkələr Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, İsveç və Böyük Britaniyadır. Sözügedən bəyanatda deyilir: “Tariflərlə təhdid transatlantik münasibətləri zəiflədir və təhlükəli eniş spiralına yol aça bilər. Biz suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan dialoqa açığıq və bu prinsipləri qətiyyətlə dəstəkləyirik.” Səkkiz ölkə həmçinin vurğulayıb ki, onlar Arktik təhlükəsizliyin möhkəmləndirilməsinə, ümumi transatlantik maraq kimi, sadiqdirlər. Qrenlandiyada keçirilmiş təlimlər də bu yanaşmanın göstəricisidir və heç kəs üçün təhlükə yaratmır.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp dünən bəyan edib ki, Qrenlandiya ilə razılaşmazlıq səbəbindən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya 10% tarif tətbiq ediləcək. Prezidentin sözlərinə görə, həmin ölkələrə 2026-cı ilin 1 fevralından 10% tarif qoyulacaq, 1 iyundan isə tariflər 25%-ə qədər yüksələcək və bu, “Qrenlandiyanın tam və bütöv alınması üzrə razılaşma əldə olunana qədər” qüvvədə qalacaq.
Siyasətçilər Trampın bu hoqqasını təhdid kimi qəbul edirlər.