Əsas məzmuna keç

Boşanma məşhur ulduzların həyatını necə dəyişdi?

Məşhurluq, milyonlarla dollar sərvət və dünya şöhrəti heç də insanı şəxsi həyatındakı uğursuzluqlardan qorumur. Hollivudun ən tanınmış simaları arasında elələri var ki, sevdikləri insanlardan ayrıldıqdan sonra uzun müddət özlərinə gələ bilməyiblər. Bəziləri depressiya ilə mübarizə aparıb, digərləri isə ayrılığın yaratdığı sarsıntını illərlə unutmadıqlarını etiraf ediblər.

Tezadlar.az xarici mediaya istinadən ayrılıqdan sonra çətin günlər keçirən məşhur ulduzların həyat hekayələrini təqdim edir.

Bred Pitt

Bred Pittin Ancelina Colidən boşanması Hollivudun ən çox müzakirə edilən ayrılıqlarından biri olub. Cütlük 2016-cı ilin sentyabrında boşanma prosesinə başlayıb. Onların nikahına 2024-cü ilin sonunda rəsmən son qoyulduğu bildirilib.

Boşanma prosesi zamanı Coli keçmiş həyat yoldaşını spirtli içki qəbul etməkdə və uşaqlara qarşı aqressiv davranmaqda ittiham edib. Həmin dövrdə Pittin görünüşü də xeyli dəyişib. O, arıqlayıb və paparassilərdən uzaq durmağa çalışıb. Mətbuatda aktyorun ciddi emosional sarsıntı keçirdiyi barədə xəbərlər yayılıb.

Aktyora yaxın mənbələrdən biri onun çətin dövrü iş və incəsənətlə keçirməyə çalışdığını bildirib. Pitt xüsusilə heykəltaraşlığa maraq göstərib və emalatxanada uzun saatlar keçirib.

Hazırda aktyor karyerasını davam etdirir. O, zərgərlik məmulatları dizayneri İnes de Ramonla sevgilidir.

Olqa Buzova

Rusiyalı müğənni və televiziya aparıcısı Olqa Buzova futbolçu Dmitri Tarasovdan ayrıldıqdan sonra ağır günlər keçirib. Cütlük 2012-ci ildə ailə qurub, 2016-cı ildə isə boşanıb. Onlar ayrılığın dəqiq səbəblərini ictimaiyyətə açıqlamayıblar. Boşanma Buzovaya ciddi emosional təsir göstərib. Müğənni bəzən insanların qarşısında göz yaşlarını saxlaya bilməyib, keçmiş həyat yoldaşı haqqında isə zaman-zaman istehzalı fikirlər səsləndirib.

Ayrılıqdan təxminən on il keçməsinə baxmayaraq, sənətçi hələ də arzuladığı insanla qarşılaşmaq və ana olmaq istədiyini etiraf edir. Bununla yanaşı, o, yaradıcılıq fəaliyyətini davam etdirir.

Ouen Uilson

Komediya filmlərində şən və zarafatcıl obrazları ilə tanınan Ouen Uilsonun şəxsi həyatı heç də həmişə ekrandakı qədər xoşbəxt olmayıb. 2007-ci ildə aktyor Keyt Hadsonla romantik münasibətdə olub.

Onların ayrılığından sonra Uilsonun ağır psixoloji böhran keçirdiyi barədə məlumatlar yayılıb. Həmin il aktyor özünə qəsd cəhdindən sonra xəstəxanaya yerləşdirilib. Mətbuatda bu hadisə onun şəxsi həyatındakı problemlərlə əlaqələndirilsə də, konkret səbəb qəti şəkildə təsdiqlənməyib.

Aktyor sonradan karyerasını davam etdirərək yenidən ekranlara qayıdıb.

Britni Spirs

Pop musiqisinin məşhur simalarından olan Britni Spirsin həyatında ən çətin dövrlərdən biri rəqqas Kevin Federlayndan ayrılması ilə üst-üstə düşüb. Cütlük 2004-cü ildə evlənib, 2007-ci ildə isə boşanıb.

Ayrılıqdan sonrakı dövrdə müğənni tez-tez qalmaqallı hadisələrlə gündəmə gəlib. Onun saçlarını tamamilə qırxdırması, paparassilərlə qarşıdurmaları və ictimai yerlərdəki davranışları dünya mediasında geniş işıqlandırılıb. Federlayn və Spirs iki oğullarının qəyyumluğu ilə bağlı uzun müddət mübahisə aparıblar. Məlumatlara görə, Kevin uşaqların əvvəlki həyat səviyyəsini qorumaq məqsədilə müğənnidən aylıq 20 min dollara qədər aliment tələb edib.

Monika Belluççi

İtaliyalı aktrisa Monika Belluççi fransalı aktyor Vensan Kassellə 14 ildən çox evli olub. Aktrisa yalnız boşandıqdan sonra bu ayrılığın ona nə qədər ağır təsir etdiyini açıqlayıb.

“Bu qədər uzun müddət birlikdə yaşadığın insandan ayrılmaq həmişə çətindir”, –  Belluççi müsahibələrinin birində bildirib.

O, evliliklərinin hər zaman ideal olmadığını da etiraf edib. Cütlük bəzən müxtəlif ölkələrdə yaşayıb. Monika İtaliyada, Kassel isə Fransa və ABŞ-də vaxt keçirib. Aktrisa münasibətlərinin başlanğıcından etibarən müəyyən tərəddüdlər yaşadığını da gizlətməyib. Onun sözlərinə görə, Vensan ona çox cazibədar görünsə də, münasibətlərinin gələcəyinə həmişə əmin olmayıb.

Sandra Bullok

Oskar mükafatlı aktrisa Sandra Bullok da xəyanət və boşanma qalmaqalı yaşayan məşhurlardandır. Aktrisa televiziya aparıcısı və motosiklet istehsalçısı Cessi Ceymslə beş il evli olub. 2010-cu ildə Bullok “The Blind Side” filmindəki roluna görə “Oskar” mükafatı qazansa da, həmin dövrdə şəxsi həyatında ciddi problemlər başlayıb.

Həyat yoldaşının ona dəfələrlə xəyanət etdiyi barədə məlumatlar ortaya çıxıb. Nəticədə onların evliliyi sona çatıb. Bullok sonrakı müsahibələrindən birində yaşadığı hadisələri xatırlamaq istəmədiyini deyib.

“Mən bu dəhşətli hadisəni unutmaq və bir daha xatırlamamaq istəyirəm”, – aktrisa bildirib.

Riz Uizerspun

Hollivud ulduzu Riz Uizerspun iki dəfə boşanıb. Onun ilk həyat yoldaşı aktyor Rayan Fillipp olub. Cütlük təxminən on il birlikdə yaşayıb və bu nikahdan iki övladları dünyaya gəlib. Lakin sonradan münasibətləri pozulub və boşanma qərarı verilib. Aktrisa həmin dövrü həyatının ən çətin mərhələlərindən biri kimi xatırlayıb.

“Bu, mənim üçün əsl sarsıntı idi. İki uşaqla tək qalmışdım və nə edəcəyimi bilmirdim. Uzun müddət insanların qarşısına çıxmaqdan qorxurdum. Mənə elə gəlirdi ki, hamı məni qınayır və ya mənə yazığı gəlir. Buna görə daim alçaldılmış kimi hiss edirdim”, –  Uizerspun bildirib.

Bütün bu çətinliklərə baxmayaraq, aktrisa peşəkar fəaliyyətini davam etdirərək Hollivudun ən uğurlu simalarından biri olaraq qalıb.

Джоли Питт

Ольга Бузова

бузова тарасов

Оуэн Уилсон

Бритни Спирс

Бритни Спирс и Кевин Федерлайн

Моника Беллуччи

Венсан Кассель и Моника Беллуччи

Сандра Буллок

риз уизерспун

риз уизерспун райан филипп

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…