Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın vitse-prezidenti J.D.Vens Davosda keçirilən Dünya İqtisadi Forumunu “şir yuvası” və ABŞ prezidenti Donald Trampın çıxışını tarixi adlandırdı.
Tezadlar.az xəbər verir ki, Vens Facebook-da Trampın çıxışının videosunu paylaşaraq “şir yuvasının qəlbində tarixi bir çıxış” yazıb.
Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında Tramp ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra Qrenlandiyanı Danimarkaya qaytarmaqda “çox axmaq” olduğunu və ölkəsinin genişmiqyaslı Qızıl Günbəz raketdən müdafiə sisteminin yerləşdirilməsi üçün Qrenlandiyanın Danimarkadan təhvil verilməsini təmin etmək niyyətində olduğunu bildirib.
Amerika lideri həmçinin Vaşinqtonun güclü müttəfiqlərlə maraqlandığını, buna görə də Avropanın siyasətini dəyişdirməli olduğunu və Avropa ölkələrinin “enerji çöküşü” yaşadığını bildirib. O, əksər Avropa ölkələrinin Amerikanın hərbi dəstəyi olmadan normal fəaliyyət göstərə bilməyəcəyi və inanılmaz təhlükəsizlik təhdidləri ilə üzləşəcəyi fikrini ifadə edib.
E.ŞİRİNOV