Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Milli inəklərimiz inciyəndə, sonra deməyin ki, noolub? Budur, 2025-ci ildə Gürcüstan xarici ölkələrə 68,5 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan satıb ki, bu da bir il əvvəlki göstəricidən 25 % çoxdur. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarında qeyd olunub. Hesabat dövründə Gürcüstan İraqa 41,45 milyon, Azərbaycana 27 milyon və Özbəkistana 40 min ABŞ dolları dəyərində iribuynuzlu heyvan ixrac edib. 2024-cü ildə Gürcüstandan xaricə 55 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan göndərilib.
Kənd təsərrüfatı üçün əlverişli şəraiti və ənənəsi olan Azərbaycan niyə Gürcüstan kimi heç də varlı olmayan ölkədən mal-qara almalıdır? Kənd təsərrüfatımızın naziri bu suala necə cavab verərdi???
A.Məmmədli