Əsas məzmuna keç

Azərbaycanda pensiyaçıların sayı azalmaqdadır…

2026-cı il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 94,2 min pensiyaçı qeydiyyatda olub.

Tezadlar.az xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Məlumata görə, pensiyaçıların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Belə ki, 2025-ci il oktyabrın 1-də ölkədə 1 milyon 100 min pensiyaçı qeydə alınmışdı.

Hazırda pensiyaçılar ölkə əhalisinin 10,6 faizini təşkil edir.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 595,8 manat təşkil edib. Orta aylıq pensiya orta aylıq əməkhaqqının 50,8 faizinə bərabər olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…