Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2026 / 05:28

Tramp dolların düşməsini müsbət qiymətləndirir

Prezident Donald Tramp ABŞ dollarının çox aşağı olduğunu düşünmədiyini söylədi.

Tezadlar.az bildirir ki, o, bu açıqlamanı Ayova ştatının Des Moines şəhərinə işgüzar səfəri zamanı verib.

“Xeyr, düşünürəm ki, əladır”, – deyə prezident müxbirin sualına cavab olaraq belə bildirib.

O, həmçinin ABŞ valyutası ilə bağlı “hər şeyin əla olduğunu” qeyd edib.

27 yanvarda “Bloomberg” treyderlərin ABŞ dollarının düşməsinə rekord məbləğdə mərc etdiyini bildirib. Nəşr qeyd edib ki, qısamüddətli opsionlar üçün mükafat agentliyin 2011-ci ildə bu cür məlumatları toplamağa başlamasından bəri ən yüksək səviyyəyə çatıb.

18 yanvarda Trampın ikinci müddətində dolların təxminən 3% ucuzlaşdığı bildirildi. 2025-ci ilin sonuna qədər dolların alıcılıq qabiliyyəti 2,6% azalıb.

Bu rəqəmlər inflyasiya dinamikası və ABŞ Federal Ehtiyat Sisteminin pul siyasətini yumşaltması ilə əlaqədardır.

Tramp əvvəllər BRICS-i dolların qlobal valyuta statusunu sarsıtmaq “cəhdləri” ilə hədələmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!