28 Yanvar 2026 / 13:04

Aygün Kazımova ad günündə yığılan pulun məbləğinə görə gündəm yaradıb…

Yanvarın 26-da Xalq artisti Aygün Kazımovanın möhtəşəm ad günü məclisi keçirilib. O, 55 yaşını qeyd edib.

Tezadlar.az   xəbər verir ki, paytaxtın ən dəbdəbəli məkanlarından birində təşkil olunan gecədə ölkənin tanınmış simaları iştirak edib.

Milli.az-ın məlumatına görə, gecə ilə bağlı ən çox maraq doğuran məqam isə yığılan məbləğ olub. Aygün Kazımova ad günü münasibətilə təqdim olunan hədiyyələr də daxil olmaqla 450 min manatdan artıq vəsait qəbul edib. Bu göstərici yerli şou-biznes üçün rekord hesab olunur.

Qeyd edək ki, bundan əvvəl müğənni Şəbnəm Tovuzlunun ad günü mərasimində 173 min manat məbləğində hədiyyə yığılmışdı.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!